Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
"Football-plus.az" xəbər verir ki, mərasimdə “Qarabağ”ın da potensial rəqibi dəqiqləşəcək.
Ağdam təmsilçisinin “Şkendiya” ilə mübarizəsinin qalibi “Bude-Qlimt” (Norveç), “Seltik” (Şotlandiya) klubları və ya “Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka), “Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya) və “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsünə rəqib olacaq.
Püşkatma saat 14.00-da başlayacaq.
Qeyd edək ki, bu mərhələnin matçları 19-20 və 26-27 avqustda olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta