Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun bu yay transfer olduğu Polşa"nın "Motor" komandası yoxlama görüşü keçirib.
Fanat.Az xəbər verir ki, Ekstraklasa təmsilçisi Yunanıstanın "Asteras" klubu ilə gücünü sınayıb.
Renatın komandası oyundan 4:2 hesabı ilə qalib ayrılıb. Görüşün iştirakçısı olan Renat 46-cı dəqiqədə qol vuraraq hesabı 2:0-a çatdırıb.
Qeyd edək ki, "Motor" bu yay Dadaşov ilə 1 llik müqavilə imzalayıb.