AZ

Yevlaxda dəhşətli hadisə: Davanı sakitləşdirmək istəyən şəxs qətlə yetirildi

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yevlax rayonunda 37 yaşlı kişi qətlə yetirilib.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin "Qaraçılar məhəlləsi" adlanan ərazidə baş verib.

2006-cı il təvəllüdlü Həsən Məmmədov və 2005-ci il təvəllüdlü Əli Mahmudov dalaşıblar. Hadisə zamanı Əli Mahmudovun əmisi, 1988-ci il təvəllüdlü Zahid Məmmədov davanı sakitləşdirmək istəyərkən H.Məmmədovun qohumu, 2009-cu il təvəllüdlü R.Abdullayev bıçaqla ona kürək nahiyəsindən iki zərbə endirib. Hadisə nəticəsində Z.Məmmədov dünyasını dəyişib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən R.Abdullayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Samir Əli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
oxu.az

2Mənbələr