AZ

Qaxın 15 kəndində işıq olmayacaq

News24 saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün Qax rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.News24.az  xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Bildirilib ki, Qax Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq Şıxlar yarımstansiyasında avqustun 4-də 10 kV-luq "Qorağan" hava xəttinin açarı yenisi ilə əvəz olunacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək rayonun Almalı, Cəlayir, Dəymədağlı, Əlibəyli, Qarabaldır, Qaradolaq, Qındırğa, Qorağan, Lələli, Lələpaşa, Şıxlar, Şotavar, Tasmalı, Üzümlü, Zəyəm kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
40
news24.az

10Mənbələr