AZ

Kerem Aktürkoğlunun "Fənərbağça"da qazanacağı illik maaşı açıqlandı

"Fənərbağça" Kerem Aktürkoğlu ilə bütün məsələlərdə razılığa gəlib.
 
Klublar razılığa gəlsə, futbolçu "Fənərbağça"dan illik təxminən 4.5 milyon avro maaş alacaq.
 
Qeyd edək ki, klublar arasında bu transfer danışıqlarına başlanılıb, futbolçunun keçidi isə bu gün rəsmiləşə bilər.
 
09:00
 
"Fənərbağça" Portuqaliyanın "Benfika" klubunda çıxış edən Kerem Aktürkoğlunun transferi üçün razılıq əldə edib.
 
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyu klub prezidenti Ali Koça təqdim etdiyi hesabatda Kerem Aktürkoğlunun alınmasının vacib olduğunu vurğulayıb.
 
Ali Koçun birbaşa təlimatı ilə "Fənərbağça"nın idarə heyətində yer alan Hakan Safi bu gecə xüsusi təyyarə ilə Portuqaliyaya gedir. Məqsəd Kerem Aktürkoğlunun transferini rəsmiləşdirmək və son sənədləşmə işlərini yekunlaşdırmaqdır.
 
Kerem Aktürkoğlunun "sarı-lacivərd" forma ilə geridönüşü ehtimalı türk futbol ictimaiyyətində böyük rezonans doğurub.
Seçilən
10
1
moderator.az

4Mənbələr