AZ

Skuterlə maşının altında qalan azyaşlının faciəvi ölümünün ANBAAN VİDEOSU

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bir neçə gün öncə paytaxtın Dilarə Əliyeva və Rəşid Behbudov küçələrinin kəsişməsində avtomobilin skuterlə toqquşması hadisəsi baş verib. Hadisə nəticəsində skuterin üzərində olan azyaşlı qız yerindəcə dünyasını dəyişib.

Avtosfer.az xəbər verir ki, baş verən yol-nəqliyyat hadisəsinin görüntüsü yaxınlıqdakı nəzarət kamerasına düşüb. Videodan da aydın şəkildə görünür ki, skuter sürücüsü əks yolda yüksək sürətlə hərəkət edir və yolayrıcına daxil olur. Bu zaman avtobusun sol hissəsindən sağa dönən "Mercedes" markalı avtomobilin kor zonasına düşdüyü üçün qəza qaçılmaz olub. Burada günah təbii ki, skuter sürücüsündədir. İstənilən növ nəqliyyat vasitəsinin əks yolla hərəkət etməsi qadağandır. Üstəlik piyada keçidini həmin nəqliyyat vasitəsi ilə keçmək başqa bir qayda pozuntusudur. Velosiped və skuter sürücüləri piyada keçidini keçən zaman nəqliyyat vasitəsindən düşməli və oranı piyada qismində keçməlidir.

Bu qəzadan sürücünün yayına bilməməsinin səbəblərindən biri də avtobus zolağının düzgün təşkil edilməməsidir. Son dövrlər avtobus zolaqları bütöv xətlə təşkil olunduğu üçün sürücülər sağa dönən zaman ikinci zolaqdan manevr edirlər. Bu isə olduqca təhlükəli hal hesab edilir. Dəfələrlə qeyd etmişik ki, avtobus zolağının bu formada təşkili doğru deyil. Qanunvericilikdə də qeyd edilib ki, sürücü sağa dönərkən yolun mümkün qədər sağ kənarı ilə manevr etməlidir.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
avtosfer.az

1Mənbələr