AZ

Qəbələdə insident - Oyun dayandı, Saşa İliç meydana daxil oldu - ÖZƏL VİDEO

"Sumqayıt" və "Şamaxı" arasında keçirilmiş yoxlama görüşündə insident yaşanıb.

Hadisələr bölgə klubunun qələbəsi ilə (1:0) başa çatan görüşün ikinci yarısına təsadüf edib.

"Şirlər"in futbolçusu rəqibin yeni transferi Nikola Ninkoviçə qarşı sərt oynayıb.

Buna görə futbolçular arasında mübahisə yaşanıb.

Ümumiyyətlə, ilk hissənin gedişində bənzər hadisələr çox olub. Bir dəfə Ayxan Abbasov kənardan olanlara sərt reaksiya verib.

Nikola ilə bağıı epizodun davamında isə "Kimyaçılar"ın baş məşqçisi Saşa İliç hətta meydana daxil olmağa qərar verib.

Meydanın mərkəzinə qədər gələn Serbiyalı mütəxəssis futbolçularını sakitləşdirib, rəqib oyunçulardan isə sakit oynamağı xahiş edib.

Ayxan Abbasov isə kənardan həmkarının etdiklərinə sakitcə tamaşa edib.

Başverənlərə görə oyun təxminən 5 dəqiqə dayanıb.

Yaşananları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
14
sportinfo.az

1Mənbələr