Adı "Fənərbağça" da daxil olmaqla bir çox komandada hallanan Brahim Diazın gələcəyi bəlli olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Mərakeşli futbolçu "Real"la yeni müqavilə imzalayacaq.
Real Madrid, 2018-19 mövsümün yarısında "Manchester City"dən Brahim Diazı 17 milyon avroya transfer etmişdi.
Ötən mövsüm Diaz bütün turnirlərdə 56 oyuna çıxıb, 6 qol vurub və 8 məhsuldar ötürmə verib.
Fərid
MİA.AZ