AZ

“Qarabağ”ın potensial rəqibləri bilindi

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Msport.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Püşkatma zamanı Azərbaycan təmsilçisi “Qarabağ” da potensial rəqibini öyrənəcək. Püşkatma zamanı “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) cütü səpələnməmişlər səbətində yer alacaq. Bu cütün qalibi pley-off mərhələsində səpələnmişlər səbətində yer alacaq aşağıda adları qeyd edilən komandalardan biri ilə qarşılaşacaq: “Bodo-Qlimt” (Norveç), “Seltik” (Şotlandiya)

 

Və ya ÇL-də 3-cü raundun aşağıdakı cütlərinin qaliblərindən biri ilə:

“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka)

“Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya)

“Ludoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarıstan)

 

Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19-20 və 26-27 avqust tarixlərində keçiriləcək.

Seçilən
38
16
msport.az

10Mənbələr