Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 2-də və 3-də ümumi çəkisi 14,5 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilən 464 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 331 kiloqram çəkidə 612 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.