AZ

Astanada BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üzrə regional mərkəzi açılır

Bakı. Trend:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və BirləşmişMillətlər Təşkilatının Baş katibi Antonio Quterreş QazaxıstanRespublikasında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDGs)Mərkəzi Asiya və Əfqanıstan üzrə regional mərkəzinin yaradılmasınadair sazişin imzalanması mərasimində iştirak ediblər.

TrendQazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verirki, Prezident Tokayev çıxışında BMT-nin Baş katibi AntonioQuterreşə bu əlamətdar tədbirdə iştirakına görə minnətdarlığınıbildirib.

O qeyd edib ki, bu tədbir həm Qazaxıstan, həm də BirləşmişMillətlər Təşkilatı üçün böyük əhəmiyyət kəsb edir və qlobalxəritədə mühüm aktor kimi formalaşmaqda olan Mərkəzi Asiyanınəhəmiyyəti haqqında bütün beynəlxalq ictimaiyyətə verilən güclüsiqnal rolunu oynayır. Tokayev əlavə edib ki, imzalanmış sənədQazaxıstanla BMT arasında uzunmüddətli və səmərəli əməkdaşlıqdamühüm mərhələnin təməlini qoyur.

“Artan geosiyasi turbulentlik, münaqişələr, iqlim və ərzaqtəhlükəsizliyi fonunda BMT daha təhlükəsiz və sabit dünyaquruculuğu prosesinə liderlik etməlidir. Qazaxıstan üçün BirləşmişMillətlər Təşkilatı beynəlxalq nizamın əvəzedilməz və əsas sütunuolaraq qalır. Biz 33 il əvvəl BMT ailəsinə qoşulandan bəri ardıcılolaraq beynəlxalq birliyin məsuliyyətli, təşəbbüskar, sülhsevərüzvü kimi çıxış edirik”, - deyə Qazaxıstanın dövlət başçısı qeydedib.

Xəzər və Aral dənizlərinin problemləri ilə bağlı təcilitədbirlər görülməsinin zəruriliyini qeyd edən Tokayev diqqətəçatdırıb ki, region üçün həyati əhəmiyyət daşıyan hər iki suhövzəsi iqlim dəyişikliyinin mənfi təsirinə məruz qalıb. O məlumatverib ki, Qazaxıstan 2026-cı ilin aprelində BMT ilə birgə təşkiledəcəyi iqlim konfransında bu vacib məsələni gündəliyəçıxaracaq.

A.Quterreş çıxışında bildirib ki, regional mərkəz dənizə çıxışıolmayan inkişaf etməkdə olan ölkələr üçün Fəaliyyət Proqramınınhəyata keçirilməsində qabaqcıl rola malik ola bilər.

“Bu gün deməliyik ki, Qazaxıstan artıq dənizə çıxışı olmayanölkə deyil, əksinə, qlobal ticarət, logistika, nəqliyyat vətelekommunikasiya sistemlərində, avtomobil yollarında, dəmiryollarında, fiber optika və transformasiyada mühüm bir mərkəzdir.Bu ölkə həqiqətən də vacib körpüdür. Şərqdən Qərbə, Şimaldan vəCənuba uzanan bir körpü”, - deyə Antonio Quterreş vurğulayıb.

Seçilən
9
2
az.trend.az

3Mənbələr