Müasir tibbin ən qabaqcıl üsullarından biri olan kapsul endoskopiyası artıq Referans Medical Groupda tətbiq olunur. Həzm sistemi xəstəliklərinin diaqnostikasında inqilabi yenilik sayılan bu metod sayəsində pasiyentlər ağrısız, rahat və yüksək dəqiqliklə müayinə oluna bilirlər.
Modern.az xəbər verir ki, kapsul endoskopiyası texnologiyası sadəcə bir kapsulun udulması ilə həyata keçirilir. Bu kapsul pasiyentin mədə-bağırsaq traktı boyunca hərəkət edir, daxili orqanların real zamanlı görüntülərini ötürür və həkimə dəqiq diaqnoz qoymaq imkanı yaradır. Ənənəvi endoskopiyadan fərqli olaraq bu prosedur zamanı nə ağrı, nə də sedasiya ehtiyacı olur. Pasiyent müayinə günü gündəlik həyat tərzini davam etdirə bilir.
Kapsul endoskopiyası mədə və bağırsaqlarda gizli qanaxmaların, xroniki ishalın, dəmir çatışmazlığı anemiyasının, iltihabi bağırsaq xəstəliklərinin və hətta onkoloji proseslərin erkən mərhələdə aşkarlanması üçün son dərəcə effektiv üsuldur.
Referans Medical Group bu texnologiyanı təqdim etməklə xəstələrə daha təhlükəsiz və komfortlu tibbi xidmət göstərməkdə davam edir. Vaxtında qoyulan dəqiq diaqnoz isə çox zaman uğurlu müalicənin əsasını təşkil edir.
Sağlamlığınızı nəzarətdə saxlamaq və invaziv müdaxilədən çəkinmədən müayinə olunmaq istəyirsinizsə, siz də bu müayinə proseduruna müraciət edə bilərsiniz.
Çağrı Mərkəzi: *0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33