ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Paytaxtın əsas yollarından biri olan Neftçilər prospektində hərəkətin təşkili ilə bağlı problemlər sürücülər üçün ciddi təhlükə yaradır. Avtosfer.az xəbər verir ki, Dəniz Vağzalının qarşısında, yəni Neftçilər prospektinin Rixard Zorge küçəsi ilə kəsişməsində zolaqlar üzrə hərəkəti bildirən nişanlar və nişanlanma xətləri təşkil edilməyib. Bu səbəbdən sol zolaqla hərəkət edən sürücülər bütöv xəttin başladığını görərək qəfil sağa manevr edirlər. Dəfələrlə burada qəzalar və təhlükələr yaranıb.
Problemin həll edilməsi üçün Rixard Zorge küçəsi istiqamətinə dönən zolaqlara hərəkətin yalnız sola olduğunu bildirən, digər zolaqlara isə hərəkətin yalnız düzünə olduğunu bildirən nişanlanma xəttlərinin çəkilməsi vacibdir. Eyni zamanda da 5.8.1 nişanlarının təşkil edilməsi də zəruri hesab edilir.
Eyni vəziyyət bir az irəlidə, Yusif Səfərov küçəsilə kəsişmədə də yaşanır. Belə ki, burada sürücülər qarşıda zolaqların hansı istiqamətə getdiyindən xəbərsiz olurlar. Bu səbəbdən onlar son anda sağdan sola və ya soldan sağa manevr edərək təhlükə yaradırlar.
Fərid
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.