AZ

HƏMAS yüzlərlə yük maşınının Qəzzaya buraxılmasını tələb edir

Fələstinin HƏMAS hərəkatı İsraillə danışıqların davam etdirilməsi üçün ilkin şərt olaraq humanitar yardım daşıyan yüzlərlə yük maşınının Qəzza zolağına maneəsiz daxil olmasının vacibliyini bəyan edib...

Poliqon xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən Jerusalem Post məlumat yayıb.

Tələb bu həftə rəsmi olaraq beynəlxalq vasitəçilərə təqdim edilib.

"Söhbət humanitar böhrandan çıxmaq üçün gündəlik irimiqyaslı çatdırılmalardan gedir", deyə nəşr aydınlaşdırır.

Avqustun 3-də Misirin "Əl Qahera News" telekanalı bildirib ki, beş ayda ilk yanacaq daşıyan maşınlar Misirdən Rafah keçidi vasitəsilə Qəzza zolağına daxil olub. 107 ton yanacaq daşıyan iki yük maşını Qəzzaya çatıb. Onların idxalı Misir Qızıl Aypara Cəmiyyətinin nəzarəti altında həyata keçirilib.

Poliqon.info

Seçilən
2
poliqon.info

1Mənbələr