Bakı. Trend:
Gürcüstanın görkəmli kinorejissoru, SSRİ Xalq artisti EldarŞengelaya vəfat edib.
Trend xəbər verirki, bu barədə Nato Vaçnadze fondu öz FB hesabına məlumatpaylaşıb.
Eldar Şengelaya 92 yaşında öz vətənində ölüb. Onun rəsmi ölümsəbəbi hələlik açıqlanmır.
Şengelaya kino sənətinə ötən əsrin 50-ci illərində qədəm qoyub.Onun ən böyük işləri arasında “Ağ karvan”, “İnanılmaz sərgi”,“Qəribə adamlar” filmlərini göstərmək olar. 2018-ci ildə “Kreslo”bədii filminə görə MDB və Baltika bölgəsinin ən yaxşı filminominasiyasında “Nika” mükafatına layiq görülüb.
İncəsənət sahəsinə verdiyi töhfələrinə görə o, Sovet dövründəSSRİ Xalq artisti adını qazanmışdı.