Abşeron rayonunun Masazır qəsəbəsində 8 yaşlı uşağa anası tərəfindən işgəncə verildiyi iddia olunub.
XəzərNews.az Xəzər TV-yə istinadən məlumat verir ki, belə bir iddia ilə sosial şəbəkə istifadəçilərindən biri çıxış edib.
Qeyd olunub ki, uşağın bədənində işgəncə izləri var.
Məsələ ilə bağlı uşağın anası Fatimə Mahmudova danışıb. O bildirib ki, sosial şəbəkədə övladı ilə bağlı edilən paylaşım həqiqəti əks etdirmir.
Eyni zamanda, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, azyaşlının anası tərəfindən işgəncəyə məruz qalması iddiası ilə bağlı sosial şəbəkələrdə paylaşılan məlumatlardan xəbərdarıq. Qeyd edilən məsələ ilə bağlı polis əməkdaşları tərəfindən 1986-cı il təvəllüdlü qadının ərazi polis orqanında izahatı alınıb. Səsləndirilən iddialarla bağlı araşdırma davam etdirilir.
Ətraflı süjetdə:
Xəbər 5 dəfə oxunub.