Böyük Britaniyada universitetlər maliyyə baxımından ciddi təzyiq altındadır. Mütəxəssislər ali təhsil sektorunda yaranan böhranı “struktur xarakterli” adlandıraraq, təcili islahatlara ehtiyac olduğunu bildirirlər.
AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, son illərdə beynəlxalq tələbələrə güvənən universitetlər, artıq bu asılılığı azaltmağa çalışır. Rəqəmlər göstərir ki, bəzi ali təhsil müəssisələri xaricdən gələn tələbələrin ödədiyi yüksək təhsil haqları hesabına maliyyə tarazlığını qoruyurlar. Lakin bu strategiyanın davamlı olmaması səbəbindən bəzi universitetlər beynəlxalq tələbə qəbuluna məhdudiyyət qoymağı müzakirə edir.
Hökumət dairələrində tələbə kreditlərinin “gizli borc vergisi” kimi qiymətləndirilməsi, eyni zamanda vizaların məqsəddən kənar istifadəsinə görə universitetlərə cərimə mexanizmlərinin tətbiqi təklif olunur. Bu da ali təhsil sektorunda təhsil keyfiyyətinə və tələbə axınına birbaşa təsir edə bilər.
Ekspertlər xəbərdarlıq edirlər ki, bu gedişlə Britaniyanın ali təhsil sektorunun beynəlxalq rəqabət qabiliyyəti zəifləyə, ölkənin elmi nüfuzu zədələnə bilər.