AZ

Leyen ABŞ qoşunlarını Aİ də saxlamaq üçün Trampla razılaşma əldə edib

ain.az bildirir, Ayna portalına istinadən.

“Əgər siz məsuliyyətli lidersinizsə, NATO-da dominant hərbi qüvvəni öz tərəfinizdə saxlamaqdan başqa seçiminiz yoxdur”

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen ABŞ Prezidenti Donald Trampın ABŞ qoşunlarının Avropa İttifaqında (Aİ) qalması ilə bağlı ticarət sazişi şərtlərini qəbul edib. AYNA.AZ xəbər verir ki, bu barədə avqustun 3-də “The Sunday Times” Brüsseldə yerləşən “Bruegel” analitik mərkəzinin eksperti Ceykob Kierkeqara istinadən məlumat yayıb.

“Əgər siz məsuliyyətli lidersinizsə, NATO-da dominant hərbi qüvvəni öz tərəfinizdə saxlamaqdan başqa seçiminiz yoxdur”, - o, nəşrdə sitat gətirib.

Ekspert vurğulayıb ki, Aİ üçün ticarət sazişinin şərtləri “dəhşətli”dir, lakin ABŞ qoşunlarının çıxarılması təhlükəsi Avropanı bu sazişlə razılaşmağa məcbur edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
ayna.az

1Mənbələr