Ağıllı saatlarla bağlı təşviş doğuran məlumat yayılıb. Məlum olub ki, ağıllı saatlarda istifadə edilən flüorlu sintetik kauçukun tərkibində ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərə bilən kimyəvi maddələr var. Ağıllı saatlar və fitnes izləyiciləri gündəlik həyatda əvəzolunmaz olsalar da, özləri ilə bəzi riskləri də gətirirlər.
Araşdırmalar nəticəsində məlum olub ki, flüorlu sintetik kauçukdan hazırlanmış qolbaqlarda perfluoroheksanoik turşu (PFHxA) adlı kimyəvi maddə var. Bu maddə həm ətraf mühitə, həm də insan sağlamlığına zərərli olduğu bilinən PFAS qrupunun üzvüdür.
Mətləb