AZ

Sadiq Qurbanov: “Hər bir xalqın keçmişi onun özünüdərki ilə şərtlənən tarixi və mədəniyyəti ilə ölçülür!”

 

1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitısinin sədri Sadiq Qurbanov QHT.az-a açıqlamasında qeyd edib ki, dil mədəniyyətin ən vacib komponenti kimi çıxış edərək, maddi və mənəvi xəzinənin ən mükəmməl məcmusu olaraq hər bir xalqın varlığını təsdiq edən ən mühüm amildir:

"Dil eyni zamanda sosial hadisə olaraq hər bir xalqın formalaşmasının, keçdiyi yolun ən və mühüm göstəricisidir. Azərbaycan dili türk dillərindən biridir, türk, qaqauz, türkmən dilləri ilə birlikdə Altay dili ailəsinin oğuz yarımqrupuna daxildir. Ensiklopedik məlumatlara görə, Azərbaycan dilinin təşəkkülündə eramızın I minilliyində Azərbaycan ərazisində məskunlaşmış hun, bulqar, xəzər, on oğuz, basil, peçeneq və s. türkdilli tayfalar iştirak etmişlər. Danılmaz faktdır ki, müasir dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin qurulması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun dilimizə olan sevgisinin nəticəsi idi ki, 1969-cu ilin yayında Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı müddətdə unutdurulmağa məhkum qalmış dilimizin dövlət dili statusuna qaldırılması istiqamətində yorulmadan ardıcıl fəaliyyətə başladı. Belə ki, o dövrə qədərki sovet standartlarını pozaraq indiki Bakı Dövlət Universitetinin 50 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə professorlarının, tələbələrin, Moskvadan və ittifaqın hər yerindən gəlmiş partiya-hökumət nümayəndələrinin qarşısında doğma ana dilində parlaq çıxış etdi. Ümummilli lider bu nitqi ilə respublikanın siyasi elitasına milli dilin dövlət qurumlarında tətbiqi ilə bağlı öz mesajını çatdırırdı. Bu istiqamətdə sonradan atılan addımlar onu göstərirdi ki, ölkənin yeni lideri qarşıdakı vəzifənin həyata keçirilməsində ardıcıl və qətiyyətlidir. Ümummilli Liderin layiqlı davamçısı cənab İlham Əliyev dilimizin inkişaf etdirilməsi və onun hüdudlarının genişləndirilməsi ilə əlaqədar ciddi işləri uğurla davam etdirir. Cənab İlham Əliyev:

“Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir.”

Seçilən
12
qht.az

1Mənbələr