AZ

Tramp İsveçrəyə yüksək tariflər tətbiq edib

İsveçrə prezidenti Karin Keller-Zutter və ABŞ prezidenti Donald Tramp arasında iyulun 31-də telefon danışığı “fəlakətli olub”, bu barədə “Financial Times” (FT) yazıb. Söhbətin ertəsi günü cənab Tramp yeni tarifləri elan edib, İsveçrə üçün bu, 39% olaraq təyin edilib.

Qəzetin yazdığına görə, iki ölkə liderləri arasında söhbət 30 dəqiqə davam edib. Danışıqlar zamanı İsveçrə rəsmiləri 10%-lik rüsum qarşılığında ABŞ-yə 150 milyard dollar investisiya etməyə razı olsalar da, Tramp ölkənin 39 milyard dollarlıq büdcə kəsirindən narahat olduğunu bildirib.

Donald Tramp aprel ayından 185 ölkə və ərazini əhatə edən xarici mallara gömrük rüsumları tətbiq etməyə başlayıb. İsveçrədən daha yüksək tariflər Myanma (40%), Laos (40%) və Suriyaya (41%) tətbiq edilib. Ötən il İsveçrə ABŞ-yə 60.9 milyard dollarlıq məhsul ixrac edib. İsveçrə əczaçılıq şirkətlərinin məhsullarının 60 faizi ABŞ-yə göndərilir. FT İsveçrə hökumətinin ABŞ-yə idxal olunan mallar üçün ticarət tariflərini artırdıqdan sonra şokda olduğunu yazıb.

Seçilən
96
2
banker.az

10Mənbələr