ABŞ prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki nüvə sualtı qayığının Rusiya yaxınlığındakı xüsusi bölgəyə yerləşdirildiyini təsdiqləyib.
AzPost bildirir ki, Tramp Vaşinqtonda jurnalistlərə sualtı qayıqların artıq yerləşdirilib-yerləşdirilməməsi ilə bağlı sualı cavablandırarkən deyib: “Mən artıq bəyanat vermişəm. Onlar regiondadırlar. Qayıqlar olması lazım olan yerdədir”.
ABŞ prezidenti şənbə günü bildirib ki, ABŞ-ın iki nüvə sualtı qayığı Rusiyaya doğru hərəkət edir.
“Onlar Rusiyanın yaxınlığındadır”, – Tramp NEWSMAX-a müsahibəsində təsdiq edib. Jurnalist sualtı qayıqların Rusiya bölgələrinə yaxınlaşıb-yaxınmadığını soruşduqda Tramp təsdiqedici cavab verib.
“Sadəcə diqqətli olmalıyıq. Bizi təhdid etdilər. Qərara gəldik ki, bu təhdidlər düzgün deyil. Buna görə də diqqətli olmalıyıq”, – prezident jurnalistlərə bildirib.
Bundan əvvəl o, Medvedevin sosial şəbəkələrdəki şərhlərinə cavab olaraq nüvə sualtı qayıqlarını “müvafiq bölgələrdə” yerləşdirəcəyini bildirmişdi.