Vətəninfo.az xəbər verir ki, “Mashregh News” saytı sosial media fəalı Mohsen Reyhaninin paylaşımına istinadən yazır ki, Azərbaycan Yaxın Şərqdə regional təsirini artıraraq daha ciddi aktora çevrilməkdədir.
Saytda bildirilib ki, Bakı Suriyanın yeni hökuməti ilə əlaqələri genişləndirməklə yanaşı, İsrail və Fars körfəzi ölkələri ilə münasibətləri dərinləşdirərək bölgədəki mövqeyini möhkəmləndirir.
Qeyd olunub ki, İran-İsrail qarşıdurmasının fonunda İsrail Azərbaycanın coğrafi mövqeyini daha önəmli hesab edir və əlaqələri möhkəmləndirməyə çalışır. Eyni zamanda, Hindistanın Ermənistanla yaxınlaşması fonunda Azərbaycan Pakistanla müdafiə və siyasi əməkdaşlığını genişləndirir.