AZ

ABŞ ın sualtı nüvə qayıqları Rusiya yaxınlğındadır

ain.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki nüvə sualtı qayığının Rusiya yaxınlığındakı xüsusi bölgəyə yerləşdirildiyini təsdiqləyib.

AzPost bildirir ki, Tramp Vaşinqtonda jurnalistlərə sualtı qayıqların artıq yerləşdirilib-yerləşdirilməməsi ilə bağlı sualı cavablandırarkən deyib: “Mən artıq bəyanat vermişəm. Onlar regiondadırlar. Qayıqlar olması lazım olan yerdədir”.

ABŞ prezidenti şənbə günü bildirib ki, ABŞ-ın iki nüvə sualtı qayığı Rusiyaya doğru hərəkət edir.

“Onlar Rusiyanın yaxınlığındadır”, – Tramp NEWSMAX-a müsahibəsində təsdiq edib.  Jurnalist sualtı qayıqların Rusiya bölgələrinə yaxınlaşıb-yaxınmadığını soruşduqda Tramp təsdiqedici cavab verib.

“Sadəcə diqqətli olmalıyıq. Bizi təhdid etdilər. Qərara gəldik ki, bu təhdidlər düzgün deyil. Buna görə də diqqətli olmalıyıq”, – prezident jurnalistlərə bildirib.

Bundan əvvəl o, Medvedevin sosial şəbəkələrdəki şərhlərinə cavab olaraq nüvə sualtı qayıqlarını “müvafiq bölgələrdə” yerləşdirəcəyini bildirmişdi.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
azpost.info

2Mənbələr