AZ

"Neftçi"nin sabiq futbolçusu bölgə klubu ilə anlaşıb

Ötən mövsüm "Quba" klubunda çıxış edən Cavid İmamverdiyevin yeni komandası bəlli olub.

Operativ Media xəbər verir ki, təcrübəli futbolçu gələn mövsümdən "Xudat" klubunda çıxış edəcək. Bu haqda klubun sosial şəbəkə hesabında paylaşım edilib.

Cavid İmamverdiyev futbolçu karyerası ərzində "Quba"dan başqa, “Karvan”, “Neftçi”, “Elazığspor” (Türkiyə), “Sumqayıt”, "Sabah", "Keşlə" və "Kəpəz"in uğurları üçün çalışıb. 

Qeyd edək ki, son mövsümü Region Liqasında çıxış etmiş "Xudat" PFK 2-ci liqada oynamaq üçün AFFA-ya müraciət edib.

Seçilən
38
operativmedia.az

1Mənbələr