AZ

Avtobusda çamadanın hərəkət etdiyini görən sürücü onu açanda şoka düşdü

Yeni Zelandiyada avtobus səfəri zamanı baş verən hadisə həm sürücü, həm də sərnişinləri şoka salıb.

Avtosfer.az xəbər verir ki, avtobus sürücüsü baqaj hissəsində çamadanın hərəkət etdiyini görüb və onu açanda qarşısında 2 yaşlı qız uşağı görüb.

Balaca qızcığazın tapıldığı zaman həddindən artıq istidən tərlədiyi, lakin tibbi müayinələr zamanı ciddi xəsarət aşkar edilmədiyi bildirilib.

Hadisədən sonra çamadanın sahibi olduğu təsbit edilən 27 yaşlı qadın nəzarətə götürülüb. Şübhəlinin “pis rəftar” və “səhlənkarlıq” maddələri ilə mühakimə olunacağı açıqlanıb.(index.az)

Seçilən
38
1
avtosfer.az

2Mənbələr