AZ

Azərbaycanda nəqliyyat sahəsində biznes kredit portfeli artıb

2025-ci ilin iyulun 1-nə Azərbaycan banklarının nəqliyyat sektoruna verdiyi biznes kredit portfeli 1,588 milyard manat təşkil edib.

Finss.az-ın Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bu sahədəki kredit portfeli aylıq müqayisədə 92,6 milyon manat (6,2%) azalmasına baxmayaraq, illik müqayisədə 224,1 milyon manat (16,4%) artıb.

2025-ci ilin iyun ayının 1-nə nəqliyyat sahəsi üzrə biznes kredit portfeli 1,496 milyard manat, 2024-cü ilin iyulun 1-nə isə 1,364 milyard manat idi.

Ümumilikdə, 2025-ci ilin iyulun 1-nə Azərbaycanda bankların ümumi kredit portfeli 28,472 milyard manat olub. Bunun 15,144 milyard manatı biznes kreditləri, 8,898 milyard manatı istehlak kreditləri, 4,430 milyard manatı isə ipoteka kreditləridir.

Fuad Mədətov
Finss.az

Seçilən
0
3
fins.az

10Mənbələr