AZ

Krım körpüsünü məhv etməyin hərbi baxımdan mənası yoxdur Ukraynalı ekspert

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Ukrayna üçün hazırda Krım körpüsünü məhv etməyin hərbi baxımdan mənası yoxdur. 

"AzPolitika" xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsi veteranı, "Aydar" batalyonunun keçmiş rota komandiri Yevgeni Dikiy deyib.

“İndi onu niyə dağıdaq? Biz onu bir növ yem kimi istifadə edirik. Onu bir dəfə dağıtmaq mümkündür, amma bunun əsl mənası bizim ordumuz Perekopa yaxınlaşanda olacaq. Ondan əvvəl isə bu, ruslar üçün yalnız siyasi baxımdan xoşagəlməz olacaq, amma hərbi baxımdan o qədər də əhəmiyyətli deyil”, – deyə Dikiy bildirib.

Ekspertin sözlərinə görə, Ukrayna hazırda işğal altındakı Krımda rus hava hücumundan müdafiə sistemlərini ardıcıl olaraq sıradan çıxarır, Rusiya isə Krıma yeni hava hücumundan müdafiə sistemləri göndərməkdə davam edir.

“Biz Krım körpüsünü və ümumiyyətlə bütün yarımadanı bir növ Çernobayevkaya çevirmişik. Amma bu, aviasiya üçün yox, Rusiyanın HHM sistemlərini məhv etmək üçün hazırlanmış bir tələdir.  Onlar müdafiə sistemlərini ora göndərdikcə, Rusiya daxilindəki onsuz da zəif qorunan əraziləri açıq qoyurlar. Onlar eyni anda həm Krımı, həm Moskvanı, həm də cəbhə xəttini qorumağa çalışırlar. Nəticədə Krımda rus HHM sistemləri məhv edilir, ruslar yenilərini ora göndərir və Rusiya daxilində müdafiəsiz sahələr yaranır. Biz artıq bu məqsədə yaxınlaşmışıq” – deyə Dikiy əlavə edib.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
azpolitika.info

1Mənbələr