BAKI, 4 avqust. TELEQRAF
Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün cərimələr statistikası açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası təqdim etdiyi hesabatda məlumat yayılıb.
Ötən mövsüm ərzində orta fol sayı 12.78 olub.
Orta hesabla ən çox fol edən komanda "Sabah" (15.36), ən az edəni isə "Qarabağ"dır (11.59).
Futbolçularına ən çox qırmızı vərəqə göstərilən kollektiv "Araz-Naxçıvan" (4) ən çox birbaşa qırmızı vərəqə göstərilən klub isə "Neftçi" (3) olub. Ən az qırmızı vərəqə "Zirə" və "Səbail" futbolçularına göstərilib.
"Şamaxı" və "Kəpəz"in üzvlərinə isə birbaşa qırmızı vərəqə təqdim olunmayıb.
Mövsüm ərzində ümumilikdə 671 sarı vərəqə göstərilibsə, bu göstəricidə lider "Turan Tovuz"dur - 77. Bu statistikada ən az göstərici "Qarabağ"dadır - cəmi 53 sarı vərəqə.
Premyer Liqanın ötən mövsümündə ən çox fol edən futbolçu Giorgi Kantariya ("Şamaxı", orta hesabla 2,61 fol), ən çox qırmızı vərəqə alan futbolçu Edvin Kuç ("Neftçi", 2 qırmızı vərəqə), ən çox sarı vərəqə alan futbolçu isə Vanderson Melodur ("Araz-Naxçıvan", 11 sarı).