AZ

Trampın müşaviri: Hindistan Rusiya-Ukrayna müharibəsini maliyyələşdirir

ABŞ prezidenti Donald Trampın baş müşaviri Stiven Miller Hindistanı Rusiyadan neft almaqla Moskvanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirməkdə ittiham edib.

Turkustan.az xəbər verir ki, "İnsanlar Hindistanın Rusiya neftini almaqda Çinlə boyun əydiyini öyrənəndə təəccüblənəcəklər" deyən Miller Fox News-a Nyu Dehlini Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirməkdə günahlandırıb.

Baş məsləhətçi Miller xatırladıb ki, Tramp Hindistanın Rusiyadan neft almaqla “bu müharibəni maliyyələşdirməyə davam etməsini” “qəbuledilməz” adlandırıb.

Miller, ABŞ-ın Rusiya-Ukrayna müharibəsi ilə məşğul olmaq üçün "iqtisadi cəhətdən güclü mövqedə" olduğunu ifadə edərək: "Ukraynada davam edən müharibəni diplomatik, maliyyə və digər vasitələrlə həll etmək üçün bütün variantlar masadadır" dedi.

Yeni Dehli rəhbərliyinin ABŞ məhsullarına tətbiq etdiyi yüksək tariflərə toxunan Miller, "Hindistan özünü dünyada ən yaxın dostlarımızdan biri kimi təqdim edir, lakin bizim məhsullarımızı qəbul etmir" dedi və bu vəziyyətin iki ölkə arasındakı dostluq əlaqələrinə zidd olduğunu müdafiə etdi.

Hindistan hökuməti hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Aytən Yaşar/Turkustan.az

Seçilən
1
turkustan.az

1Mənbələr