AZ

Bu abituriyentlərin 95%-i universitetə qəbul ola bilməyəcək

150-200 bal toplayan abituriyentlərin böyük hissəsi kəsilə bilər.

AzEdu.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Elçin Murad “TəhsilSİZ” verilişində söyləyib.

O, 150-200 bal aralığında nəticə göstərən abituriyentlər barədə ciddi xəbərdarlıq edib.

"Bu bal intervalında olan abituriyentlərin sayı çoxdur və bu səbəbdən I və III ixtisas qruplarında ciddi rəqabət gözlənilir. Xüsusilə blok imtahanından 100 balı keçə bilməyən abituriyentlərin qəbul şansı çox aşağıdır.

150-200 bal arası toplayıb, blok imtahanından 100 balı keçə bilməyən şəxslərin kəsilmə ehtimalı 90-95% civarındadır. Onlar özlərini inandırmasınlar ki, məsələn, 170 bal toplamış biri muzeyşünaslıq, arxiv işi və ya sosial iş ixtisaslarına qəbul ola bilər.”

Neçə illik müşahidələr göstərir ki, sosial iş və muzeyşünaslıq ixtisaslarının keçid balı heç vaxt 200-dən aşağı olmayıb

"III ixtisas qrupu üzrə isə yalnız coğrafiya altqrupundan imtahan verən abituriyentlərin regionşünaslıq ixtisaslarına qəbul imkanı müəyyən qədər mövcud ola bilər. Ümumiyyətlə az öncə də qeyd etdiyim kimi 150-200 bal arası toplayan abituriyentlərin təxminən 95%-nin kəsiləcəyi proqnozlaşdırılır".

Seçilən
6
azedu.az

1Mənbələr