BAKI, 4 avqust. TELEQRAF
Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə ən çox penalti vuran komandalar açıqlanıb.
Teleqraf Peşəkar Futbol Liqasının hesabatına istinadən xəbər verir ki, bu göstəricidə son çempion "Qarabağ" birincidir.
Ağdam təmsilçisinin üzvləri 7 dəfə 11 metrlik cərimə zərbəsi vurmaq şansı qazanıblar.
"Zirə" və "Turan Tovuz" 6 penalti ilə ikinci sırada qərarlaşıb.
"Sabah" və "Kəpəz" 5, "Araz-Naxçıvan"la "Neftçi" isə 4 dəfə penalti vurublar.
"Sumqayıt"ın 3, "Səbail"in 2, "Şamaxı"ın isə 1 dəfə belə zərbə vurmaq fürsəti olub.