AZ

Qəzza müharibəsinin dönüş nöqtələri

ain.az bildirir, Gununsesi portalına istinadən.

Qəzzalılar 2023-cü ilin oktyabrından terror, itki və kədərlə mübarizə aparır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bölgə əhalisi İsrailin hücumları və blokadaları ilə qapalı məkana sıxışdırılıb.

Aclıq və dağıntılar geri dönməz miqyasdadır. Qaçqın düşərgələri, məktəblər və hətta xəstəxanalar İsrail bombalarının hədəfinə çevrilib.

2023-cü il oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın İsrailə hücumuna cavab olaraq, İsrail qüvvələri həmin gün Qəzzada olan hədəflərə zərbələr endirib. Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi HƏMAS-ın hücumuna hökumətin reaksiyası artıq İsrailin blokadası altında olan Qəzzada yeni böhranları alovlandırıb.

İlk olaraq Qəzzanın şimalı hədəfə alınıb.

Oktyabrın 7-də baş verən hücumdan bir həftə keçməmiş İsrail Qəzzanın şimalındakı mülki insanları təxliyə etməyə çağırıb və Qəzzanın şimalı “müharibə zonası” elan edilib. Qəzzalılar İsrailin hücumlarından qorunmaq üçün evlərini tərk ediblər. Yüz minlərlə fələstinli Qəzzanın cənubuna qaçıb. Hücumlar böyük bir daxili yerdəyişməyə səbəb oldu.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
icma.az

1Mənbələr