
Ətin suda (xüsusən də isti suda) əridilməsi geniş yayılmış, lakin təhlükəli vərdişdir. Bu barədə “Qazeta.Ru”ya RUSBIOTEX Universitetinin Qida Təhlükəsizliyi kafedrasının baş müəllimi Anna Cʙabakova məlumat verib.Onun sözlərinə görə, +4°C-dən yuxarı temperaturda olan su bakteriyaların (məsələn, Salmonella) çoxalması üçün ideal şərait yaradır.“Ət bərabər ərimir: səthi artıq isinmiş olur, daxili hissələr isə hələ də donmuş qalır. Bu isə məhsulun tez xarab olmasına səbəb olur”, — deyə o bildirib.Bundan əlavə, suda əridilən ət keyfiyyətini də itirə bilər.“Su ilə təmas nəticəsində zülallar, ət suyu və minerallar yuyulub gedir, bu da bişdikdən sonra ətin quru və dadsız olmasına səbəb olur. Kəskin temperatur dəyişikliyi lifləri zədələyir və nəticədə ət bərkiyir. Əti soyuducuda +2...+4°C temperaturda, yavaş və təhlükəsiz şəkildə (məsələn, alt rəfdə, qabda) əritmək daha məqsədəuyğundur. Və ya vakuum qablaşdırmada soyuq suda — suyu hər 30 dəqiqədən bir dəyişməklə”, — deyə ekspert əlavə edib.Daha bir üsul — mikrodalğalı sobada “əridilmə” rejimində istifadədir, lakin ət dərhal bişirilməlidir, çünki bu üsul ətin qismən isinmə riskini artırır. Ət suyun içində əridildikdən sonra yenidən dondurmaq isə qəti qadağandır — bu, qida zəhərlənməsi riskini ciddi şəkildə artırır, deyə mütəxəssis yekunlaşdırıb.Ulusum.az
Diqqət Çəkənlər
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
Yay istisində makiyajı necə təravətli saxlayaq?
Darçınlı və portağallı alma mürəbbəsi