AZ

“Viator Mikro Kredit Azərbaycan”ın vəzifəli şəxsləri ümumilikdə 60 min manat cərimələnib

Azərbaycan Mərkəzi Bankı BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC-nin və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə göstəriş verib.

Banker.az xəbər verir ki, bu barədə tənzimləyicdən bildirilir.

AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC və onun vəzifəli şəxsi Gəncə Şəhər Məhkəməsi tərəfindən müvafiq olaraq 50 000 manat və 10 000 manat məbləğində cərimə edilib.

Xatırladaq ki, “Viator Mikrokredit Azərbaycan” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 694 min manatdır. BOKT-un təsisçisi Norveçin “Viator AS” missioner təşkilatıdır.

Seçilən
32
25
banker.az

10Mənbələr