Leninqrad vilayətinin Lodeynopolski rayonunda avtobusun yük qatarı ilə keçiddə toqquşması nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb.
Bakues.az “İnterfaks”a istinadən xəbər verir ki, bununla bağlı vilayət hökuməti məlumat yayıb.
Leninqrad vilayətinin Səhiyyə Komitəsinin məlumatına görə, toqquşma nəticəsində 1 nəfər ölüb, 16 sərnişin yaralanıb. 7 nəfərin vəziyyəti ağırdır.
Zərərçəkənlər Lodeynoye Pole, Volxov və Leninqrad rayon xəstəxanalarına yerləşdirilib. Bundan başqa, hava təcili yardım helikopterlərindən istifadə olunub.
Cəmilə