AZ

Meydana ən çox legioner çıxaran Azərbaycan klubları - Statistika

style='margin-bottom:10px;'>

Peşəkar Futbol Liqası 2024/25 mövsümünün statistikalarını açıqlayıb.

QOL.az xəbər verir ki, statistikalara əsasən, mövsümdə meydana ən çox legioner futbolçu çıxaran klublar da müəyyənləşib.

İlk pilləni "Qarabağ" tutub. Ağdam təmsilçisi meydana 17 fərqli legioner daxil edib. Bu statistika üzrə sonuncu yeri "Səbail" tutub - 12 legioner.

Ən çox yerli futbolçu oynadan klub "Şamaxı"dır - 22. Ən az göstərici isə "Zirə"yə məxsusdur - 12.

Ümumilikdə isə ən çox futbolçunun xidmətindən yararlanan klublar "Şamaxı", "Sumqayıt" və "Kəpəz"dir. Onlar 34 fərqli futbolçu istifadə ediblər. Bu statistikanın sonuncusu "Araz-Naxçıvan"dır -25. 

Qeyd edək ki, Misli Premyer Liqasının 2024/25 mövsümünün qalibi "Qarabağ" olub. 

Seçilən
27
1
teleqraf.com

2Mənbələr