AZ

Dəniz kənarında yaşamağın ömrü uzatdığı ortaya çıxdı

Yeni bir araşdırma göstərib ki, dəniz sahilində yaşayan insanlar daha uzun və sağlam həyat sürürlər.

E-saglam.az xəbər verir ki, təmiz hava, mülayim iqlim və aktiv həyat tərzi sahil bölgələrini həm yaşamaq, həm də ömür uzunluğu baxımından sərfəli edir.

Çimərliyə yaxın yaşamaq tövsiyə olunur

Ohayo Dövlət Universitetinin apardığı araşdırmada 66 min 263 nəfərin məlumatları təhlil edilib və su obyektlərinə yaxınlıqla ömür uzunluğu arasında əlaqə araşdırılıb. Nəticələrə görə, dənizə yaxın ərazilərdə yaşayanların ömrü orta hesabla daha uzun olur. Ən qısa ömür isə böyük şəhər bölgələrində yaşayanlar arasında müşahidə edilib.

Sahil həyatının üstünlükləri

Araşdırmanın müəllifi, ekoloji sağlamlıq üzrə mütəxəssis Jianong Wu bildirib ki, dəniz sahilində yaşayan şəxslərin ortalama ömrü 79 ildən yuxarı, şəhər yerlərində isə bu rəqəm təxminən 78 ilə düşür.

Hərçənd araşdırma birbaşa səbəbi tam müəyyənləşdirmir, lakin mühüm əlaqəni ortaya qoyur. Mütəxəssislərə görə, sahil bölgələrində:

Təmiz hava daha çoxdur

Ekstremal temperatur (çox isti və ya çox soyuq günlər) azdır

Açıq havada fiziki aktivlik imkanları genişdir

İctimai mühit və həyat keyfiyyəti daha yüksəkdir

Bundan əlavə, sahil zonalarında daşınmaz əmlakın qiyməti daha yüksək olduğundan, burada yaşayan insanlar çox vaxt daha yaxşı sosial-iqtisadi şəraitə malikdirlər.

Daxili su hövzələri: nəticələr daha mürəkkəbdir

Araşdırmada həmçinin daxili sular – göllər və çaylar ətrafında yerləşən ərazilər də təhlil edilib. Kənd yerlərində bu ərazilər müəyyən qədər müsbət təsir göstərsə də, şəhər mühitində bu fayda çox zəif və ya mənfi ola bilər.

Ohayo Dövlət Universitetinin digər tədqiqatçısı Yanni Cao qeyd edir:

“Daxili suların şəhər bölgələrində ömür uzunluğuna mənfi təsir etməsinin səbəbləri sırasında çirklənmə, yoxsulluq, təhlükəsiz fiziki fəallıq imkanlarının azlığı və daşqın riski ola bilər”.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
14
e-saglam.az

1Mənbələr