Bakı. Trend:
Bakıda həyat yoldaşını öldürməkdə təqdirləndirilən HəsənbalaRəhimovun cinayət işi üzrə məhkəmə sonuncu məhkəmə prosesikeçirilib.
Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökmoxunub.
Hökmə əsasən təqsirləndirilən şəxs 15 il müddətində azadlıqdanməhrum edilmə cəzasına məhkum edilib.
Qeyd edək ki, 2024-cü il il avqustun 17-də saat 15 radələrindəSabunçu rayonu ərazisində 1970-ci il təvəllüdlü Ceyran Rəhimovanınöldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Belə ki,araşdırmalara görə 1968-ci il təvəllüdlü HəsənbalaRəhimovun arvadı Ceyran Rəhimovaya bıçaqla xəsarət yetirməklə onuqəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqlaadam öldürmə) maddəsi ilə ittiham elan edilib.