AZ

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki qurumların siyahısı təsdiq edilib

Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Su Ehtiyatları Agentliyinin strukturuna daxil olmayan, lakin tabeliyində fəaliyyət göstərən qurumların siyahısını təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Təsdiq edilmiş siyahıya aşağıdakı qurumlar daxildir:

— “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs;

— “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs;

— “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxs;

— “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxs;

— “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” publik hüquqi şəxs;

— Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyində olan qurumlar:

- “Sedam” Məhdud Məsuliyyətli Cəmiyyəti;

- Mərkəzi laboratoriya.

Seçilən
11
4
vergiler.az

10Mənbələr