
Rusiya "Şahed" pilotsuz uçuş aparatlarının (PUA) döyüş başlığını gücləndirir və bundan sonra onlar daha böyük dağıntılara səbəb olacaqlar.
Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat bölməsinin komandiri Denis Yaroslavski deyib.
Onun sözlərinə görə, bu gün ruslar döyüş başlığı 50-55 kiloqram olan “Şahed”-lərdən istifadə edirlər. D. Yaroslavski kəşfiyyat məlumatlarına əsaslanaraq əlavə edib ki, ruslar “Şahed”-lərin döyüş başlıqlarını 80-90 kiloqrama çatdırmağa çalışırlar.
"Bu, artıq problemdir. "Şahed" doqquz mərtəbəli binaya dəysə, o, beşinci mərtəbəyə qədər hər şeyi "parçalayacaq". Bu, artıq ciddi problemdir",- Yaroslavski vurğulayıb.
V. QULİYEV