AZ

Qarşıdurma bitdi: Bu gün danışıqlara başlayırlar

Tailand və Kamboca kəşfiyyat xidmətlərinin nümayəndələri böyük toqquşmalardan sonra danışıqlara başlayır.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd olunur ki, avqustun 4-də başlayacaq danışıqlar iki ölkə sərhədində gərginliyi azaltmağa yönəlib. Nəşr qeyd edir ki, bu, Tailand və Kamboca arasında son onilliklərin ən böyük toqquşması olub.

Bildirilir ki, Kamboca ilə Tailand arasında gərginliyin azalması ABŞ prezidenti Donald Trampın çağırışlarından sonra baş verib. Bundan əvvəl Kambocanın nümayəndələri münaqişənin həllində göstərdiyi köməyə görə Amerika liderinin Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyi təklif ediblər.

Seçilən
18
publika.az

1Mənbələr