AZ

Bakıda qəza: Toqquşan maşınlardan biri velosiped zolağına, digəri kolluğa düşdü VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxtın Mirzəağa Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 3-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-CC-759 dövlət nömrə nişanlı “Hyundai” markalı maşın, “Toyota Prado” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri velosiped zolağına, digəri isə yoldan çıxaraq kolluğa düşüb. Hadisə zamanı nəqliyyat vasitələrinə maddi ziyan dəysə də xəsarət alan olmayıb. Xoşbəxtlikdən qəza zamanı digər avtomobillərə maddi ziyan dəyməyib. Yolda bir müddət sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
avtosfer.az

2Mənbələr