AZ

Bahalı əməliyyatlar niyə əsasən özəl klinikalarda icra olunur? – AÇIQLAMA

İcbari Tibbi Sığorta Fondunun maliyyələşdirdiyi cərrahiyyə əməliyyatlarının əksəriyyəti özəl tibb müəssisələrində həyata keçirilib. Hesablama Palatası məlumatına görə, TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin dərman və tibbi sərfiyyatla təminatı tam şəkildə həyata keçirilsə də, 2023-2024-cü illərdə dəyəri 5 min manat və ondan yüksək olan əməliyyatların 90 %-dən çoxu özəl tibb müəssisələrində icra edilib.

Bəs bunun səbəbi nədir? Niyə bu cür əməliyyatlar dövlət xəstəxanalarından çox özəl klinikalarda icra olunur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan professor-həkim Adil Qeybulla deyib ki, əslində, say hesabı ilə dövlər xəstəxanalarında daha çox əməliyyat olunur:

“Bu, icbari tibbi sığorta ilə bağlıdır. Ola bilər ki, bahalı cərrahi əməliyyatlar özəl klinikalarda daha çox olsun. Çünki imkanı olan şəxslər özəl klinikaya üz tuturlar, onlar daha yaxşı şərait axtarırlar və həkim seçimi edirlər. İcbari tibbi sığorta bütün hər şeyi əhatə edəndən sonra, əlbəttə, bahalı əməliyyatlar özəl klinikalarda həyata keçirilir.

Özəl klinikların özlərinin də tam sığortaya cəlb olunması mümkündür. Mülkiyyət formasından sonra bütün klinikalarda icbari tibbi sığorta ilə əməliyyat olunsun. Hələlik özəl mülkiyyət, özəl klinikaların çoxusu bəzi xidmətlərdən başqa icbari tibbi sığortaya cəlb olunmadığından prosesin bu cür olması tam məntiqli və gözləniləndir. O baxımdan bu, təəccüblü deyil”.

O, bildirib ki, ödəmə imkanı olan şəxslər daha yaxşı şərait və mütəxəssis axtarırlar:

“Düzdür, bizdə munisipal sektor, yəni bələdiyyə təbabəti hələlik yoxdur, amma sığorta, özəl, dövlət səhiyyə xidmətləri mövcuddur. Bunların içində seçim daha çox imkanlı şəxslər üçün özəl klinikaların payına düşür. Bu baxımdan, bu, tam məntiqli nəticədir”.

Günay Şahmar, Bizim.Media

Seçilən
4
bizim.media

1Mənbələr