AZ

Türkiyənin iyul ayı üzrə inflyasiya və iqtisadi artımla bağlı göstəriciləri ictimailəşdirilib

Bakı. Trend:

Türkiyədə iyul ayında istehlak qiymətləri illik ifadədə 33,5%artıb.

Trend xəbərverir ki, bu barədə “Turkstat” Statistika İnstitutu məlumatyayıb.

Artım tempi ardıcıl olaraq on dördüncü ayda da zəifləyib və2021-ci ilin noyabrından bəri ən minimal həddə çatıb. İyundainflyasiya 35,05% təşkil etmişdi.

Analitiklərin orta proqnozlarına görə, ötən ay inflyasiyanınzəifləməsi bir qədər az – 34,05%-dək olmalı idi.

Qida məhsulları və alkoqolsuz içkilər 28% bahalaşıb (iyunda –30,2%), kommunal xidmətlər 62% (65,5%), geyim və ayaqqabı 10,7%(14,5%) artıb. Hotellərdə, kafelərdə və restoranlarda qiymətlər34,2% (35,6%) yüksəlib. Nəqliyyat xidmətlərinin dəyəri 26,6%(27,7%), tibbi xidmətlərin isə 37,5% (38,7%) artıb.

Baza inflyasiyası (qida məhsulları və enerji daşıyıcılarınınqiymətləri nəzərə alınmadan) iyulda illik ifadədə 34,7% təşkil edibki, bu da 2021-ci ilin dekabrından bəri ən aşağı göstəricidir.Yayın ilk ayında bu göstərici 35,6% idi.

Türkiyədə istehlak qiymətləri ötən ay iyuna nisbətən 2,1% artıb.Ekspertlərin orta proqnozları isə 2,4% artım nəzərdə tuturdu.

Məqalədə:
Seçilən
25
az.trend.az

1Mənbələr