AZ

İranda “Müdafiə Şurasının” yaradılmasına qərar verilib

Bakı. Trend:

İranın Ali Milli Təhlükəsizlik Şurası Konstitusiyanın 176-cımaddəsini əsas tutaraq, ölkədə “İran Müdafiə Şurası”nınyaradılmasını təsdiqləyib.

Trend-inməlumatına görə, bu haqda İranın Ali Milli Təhlükəsizlik Şurasınınkatibliyi məlumat yayıb.

Məlumata görə, Müdafiə Şurası müdafilə layihələri və silahlıqüvvələrin bacarıqlarını gücləndirməyi diqqətli şəkildəaraşdıracaq.

Bu şuraya İran prezidenti başçılıq edəcək. Məhkəmə Sistemininrəhbəri və parlament sədri, silahlı qüvvələrin komandanları və bəziəlaqədar nazirlər şuranın üzvləri olacaq.

2 avqustda İranda Müdafiə Şurasının yaradılması ilə bağlıməlumatlar yayılıb. İsrailin iyunun 13-nə keçən gecə İranı gizlihərbi nüvə proqramını həyata keçirməkdə ittiham edərək, hücumlaretməsindən sonra İranda belə bir qurumun yaradılması nəzərdətutulub. İsrailin həyata keçirdiyi hava hücumları və reydlər əsasənnüvə obyektlərinə, hərbi komandirlərə, tanınmış nüvə fiziklərinə vəhava bazalarına yönəlib.

Seçilən
18
az.trend.az

1Mənbələr