AZ

160 azərbaycanlı tələbə dünya reytinqlərində ilk onluqda yer alan universitetlərdə oxuyacaq

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Hər il dövlət proqramı çərçivəsində 500 gəncin seçilərək xaricdə təhsil almasına şərait yaradılır. Bu il də 500 gənc uğurla dövlət proqramına qəbul olunub. Qəbul olunanlar arasında 125 nəfər bakalavriat, 356 nəfər magistratura, 19 nəfər isə doktorantura pilləsində təhsil alacaq. Proqram iştirakçıları dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıblar".

Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qəbul olunan 160 nəfər tələbə dünyanın reytinq cədvəllərində ilk onluqda yer alan universitetlərdə təhsillərini davam etdirəcəklər:

"Bu il əvvəlki illərlə müqayisədə proqrama müraciət edənlərin sayı daha çox olub. Buna baxmayaraq, seçimdən keçməyən namizədlər gələcək illərdə şanslarını yenidən sınaya bilərlər.

Bu ilin sonuna qədər dövlət proqramına qəbul üçün universitet və ixtisas siyahısı Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanaraq ictimaiyyətə təqdim olunacaq. Həmin siyahıya əsasən, növbəti il proqramda iştirak etmək istəyən namizədlər müraciət edə biləcəklər".

Məhərrəm Əliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
oxu.az

1Mənbələr