BAKI, 4 avqust. TELEQRAF
Rusiyanın TASS agentliyinin sabiq direktor müavini Mixail Qusman Bakıya gəlib.
Teleqraf xəbər verir ki, iyulun 24-də Rusiyanın Baş naziri Mixail Mişustinin sərəncamı ilə TASS-ın direktor müavini vəzifəsindən azad edilən Mixail Qusman hazırda Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində iştirak edib.