AZ

Ağasəlim Mircavadov: Bizim ən böyük problemimiz yerli mütəxəssislərə inamsızlıqdır

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Neftçi"nin hər mövsüm üçün hədəfi çempionluq olmalıdır". Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib.AFFA-nın Məşqçilər Komitəsinin üzvü yeni mövsümdə "Neftçi" klubundan gözləntilərini açıqlayıb:"Komandanın heyətində köklü dəyişikliklər olub. Mətbuatdan oxuyuruq ki, komanda yeni transferlər edir, amma oyunlarını görməmişik. Yeni mövsüm başlayandan sonra ilk turlarda futbolçuların keyfiyyəti məlum olacaq. Hər məşqçinin öz üslubu, futbol fəlsəfəsi var. Həmin fəlsəfəyə uyğun da oyunçu seçimi edir. Bu vacib amildi. Çünki sənin əlində keyfiyyətli oyunçu olmasa, heç nə edə bilməzsən. Çox qəribə haldı ki, son 10-12 ildə "Neftçi" məşqçilərini tez-tez dəyişir. Hər sahənin öz qanun-qaydası olduğu kimi, futbolda da belə bir şey var ki, tez-tez məşqçi dəyişməklə komandaya güc qata bilməzsən. Samir Abbasovla yenidən çempion olmaq? Niyə də yox? Artıq bunu bir dəfə bacarıb. Bilirsiz, bizim ən böyük problemimiz yerli mütəxəssislərə inamsızlıqdır. Öz yerli məşqçilərimizə şans vermək lazımdır. Örnək kimi "Qarabağ", "Zirə", "Araz-Naxçıvan"nı göstərmək olar".Qeyd edək ki, "Neftçi" 2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasını 5-ci pillədə başa vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
sport24.az

2Mənbələr