AZ

İran ABŞ ilə birbaşa danışıqların mümkünlüyünü rədd edib

İran ABŞ ilə nüvə proqramı ətrafında birbaşa danışıqların aparılması ehtimalını rədd edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi həftəlik mətbuat konfransı zamanı məlumat verib.

Jurnalistlərin birbaşa danışıqlar ehtimalı ilə bağlı sualını cavablandıran Bəqayi qısa şəkildə bildirib: “Xeyr, bundan söhbət gedə bilməz”.

Qeyd edək ki, 2025-ci ildə ABŞ və İran arasında Omanın vasitəçiliyi ilə keçirilmiş dolayı danışıqlar – ümumilikdə beş raund – nəticəsiz başa çatıb. Danışıqlara səbəb olan əsas faktorlar arasında İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar və ABŞ Silahlı Qüvvələrinin İranın nüvə obyektlərinə endirdiyi zərbələr yer alır.

Eyni zamanda “Avropa üçlüyü” ölkələrinin – Böyük Britaniya, Almaniya və Fransanın – nümayəndələri də Tehranın nüvə proqramı üzrə yeni razılaşmanın əldə olunması üçün vasitəçi rolunu üzərlərinə götürsələr də, bu istiqamətdə heç bir irəliləyiş əldə olunmayıb.

Seçilən
4
1
operativmm.az

2Mənbələr